Blog

Tənbəllik və ya yorğunluq: onu necə tanımaq və ondan qurtulmaq olar

Tənbəllik və ya yorğunluq: onu necə tanımaq və ondan qurtulmaq olar

Tənbəllik və yorğunluq bir birləri ilə çox oxşardır: hər iki halda divanda uzanıb heç nə etməmək istəyirsən. Ancaq bunlar fərqli hallardır və hər biri ilə fərqli şəkildə işləmək lazımdır.

Məsələn, yorğunsan, amma özünü tənbəl hesab edirsənsə ("ver yeyim, ört yatım rejimindəyəm ki lap!"), o zaman bu daha da vəziyyəti pisləşdirən amildir. Bu şəkildə özünüzü tükənmişlik depressiyasına sürükləyə bilərsiniz .

Bəs nə etməli? Özünü işə davam etməyə məcbur etmək? Yoxsa, əksinə, hər şeyi boş vermək? Düzgün "diaqnoz" qoymaq və çətin anlarda özünüzə kömək etmək üçün kartlara baxın.


Vəziyyətinizi doğru müəyyən etdikdən sonra onun üzərində işləyə bilərsiniz.

Tənbəllikdən necə qurtulmaq olar:

·         Vacib şeylər üçün motivasiya tapın.

·         Əgər tapmamısınızsa, unudun və narahat olmayın (bu normaldır).

·         Prioritetlərinizi təyin edin. Ən azı sizə ən maraqlı olan işlərlə məşğul olun.

·         Səhər-səhər enerjiniz olduğu halda, ən vacib işləri görün.

·         Gün ərzində vacib, maraqlı və başqa işlər arasında növbəlilik tətbiq edin.

·         Unutmayın: sonraya təxirə salmaq bir tələdir.

Yorğunluqdan necə qurtulmaq olar:

·         Özünüzə etiraf edin ki, yorulmusunuz, bu hamının başına gəlir.

·         Əsas ehtiyacları təmin edin: sağlam yuxu və qida.

·         Başqalarının edə biləcəyi işləri onlara həvalə edin.

·         Tətil edin, yatın, istirahət edin.

·         Rəqəmsal detoks tətbiq edin.

·         Özünüzü istirahətlə müalicə edin, əylənin.

Beləliklə, mühərriki işə salmaq üçün bəzi maraqlı fəaliyyətlərlə tənbəlliyə qalib gəlmək olar. Məsələn, motivasiyanızı yenidən nəzərdən keçirin və ya yeni məşğuliyyətlətdən ilham alın.

Ancaq yorğunluqla bu işləməyəcək. Burada sadəcə istirahət etmək və özünüzü bərpa etmək lazımdır. Metodu özünüz seçirsiniz, lakin biz sizə daha tez-tez təmiz havada gəzməyi məsləhət görürük.

 

İT sahəsində peşənizi necə seçmək olar? İT-də veb-dizayner, veb sayt tərtibatçısı, məlumat analitiki, tester və layihə meneceri kimi hansı peşə sənə aiddir bilmək istəyirinizsə digər məqaləmizdə də bu barədə məlumatlar vermişik.

Kimlər bizimlə çalışır?

Müştərilərimiz