Haqqımızda

Bizim rəqəmsal agentlik 2020-ci ildə rəsmi olaraq dövlət qeydiyyatına alınmışdır. Əsas məqsədimiz uzunmüddətli əməkdaşlıqdır. Bu səbəbdən biz kəmiyyət üçün saytlar yaratmağa çalışmırıq. Bizim üçün vacibdir ki, bizimlə işləmək müştəriyə qazanc gətirsin və mümkün qədər müştərilərimizin işi asanlaşdırılsın. Biz ilk öncə, müştərini dinləyirik, başa düşürük və onun biznesinin inkişafı üçün fərdi həll yolları yaradırıq! 

Komandamız əvvəllər öz sahələrində uzun müddət fərdi fəaliyyət göstərmiş mütəxəssilərdən ibarətdir. Fərdi fəaliyyət dövründə qeyri rəsmi komanda halında çalışmış olduğumuzdan «MİB Solution» MMC-nin yaradılması və bir çətir altında fəaliyyət göstərmək qərarına gələrək rəsmi komanda olduq. Artıq «MİB Solution» — konada olaraq 3 formalaşmış qrupdan ibarətdir. Hansı ki, vahid nöqtəyə hədəflənərək hərəkət edirik. Rəqəmsal agentlikiyimizin — əməkdaşları gənc olmaları ilə yanaşı öz sahələrinin peşəkarlarıdırlar. Ən əsası biz işinizi sevən və istənilən mürəkkəblikdə olan işlərin öhdəsindən gələn təcrübəli mütəxəssislərik.

İxtisaslaşma

Şirkətimiz bir çox sahədə rəqəmsal xidmətlər təklif edir. Bu səbəbdən rəqəmsallaşma istiqamətində layihələrin icrası zamanı bütün aspektləri - strukturu, dizaynı, proqram təminatının inkişafı ilə bağlı işlər zmanı layihəni tam detallı araşdırırıq. 

Xüsusilə, biz aşağıdakı sahələrdə ixtisaslaşmışıq:

Onlayn mağazalar; 
Korporativ saytlar; 
Veb tətbiqlər; 
Karqo sistemləri.

"MİB Solution" Sizin rəqəmsallaşma istiqamətində hərtərəfli xidmətlər əldə edəcəyiniz ünvandır. Əlavə podratçılar axtarmağa ehtiyac yoxdur, bütün işləri mütəxəssislərimiz görəcək. Biz biznesinizə uyğun həllər təklif edərək, unikal dizaynlala və ideyalarınızı həyata keçirəcəyik.