Məxfilik Siyasəti

  1. Giriş

“MİB Solution” MMC (bundan sonra MİBS) olaraq hər zaman istifadəçilərin şəxsi məlumatlarının məxfiliyi və təhlükəsizliyinə ciddi yanaşırıq. Məxfilik siyasətimiz veb saytın istifadəçilərindən əldə olunan şəxsi məlumatların heç bir halda üçüncü şəxslərə çatdırılmamasını dəstəkləyir. Bu Məxfilik Siyasəti (“Siyasət”) Sizə məxsus və/və ya tərəfinizdən təqdim edilmiş fərdi və digər məlumatların (“məlumatlar”) “MİB Solution” MMC (“MİBS”) tərəfindən toplanması, qorunması, emalı, istifadə edilməsi, açıqlanması (elan edilməsi, ötürülməsi), idarə edilməsi və bunlara dair razılıqları əks etdirən bir bəyanat və ya sənəddir.

  1. Məlumatların toplanması

MİBS aşağıdakı mənbələrdən müxtəlif məlumatlar əldə edir:

- onlayn müraciət formaları;

- veb sayta abunə ol, onlayn əlaqə;

- Fiziki xidmət mərkəzi (ofisi və ya ofisləri).

Bundan əlavə, biz sizin kompüterinizin İP-ünvanını qeydə alaraq, daxil olduğunuz səhifələr və cihazınız (cihazın adı, model, əməliyyat sistemi) haqqında məlumatları əldə edib yadda saxlayırıq.

  1. Məlumatların istifadə olunması

Biz əldə olunan məlumatları növbəti məqsədlər üçün istifadə edirik:

- istifadəçi tərəfindən verilən sualların cavablandırılması üçün;

- MİBS-in fəaliyyəti haqqında yeniliklərin istifadəçiyə göndərilməsi üçün.

Bununla yanaşı, əldə olunan məlumatlar saytın idarə olunması və inkişafı üçün analitikada istifadə olunur.

  1. Baxış üçün cihaz icazələri

İstifadəçinin mobil cihazından asılı olaraq, MİBS-in fiziki xidmət mərkəzində aşağıda təsvir olunduğu kimi müəyyən icazə tələb edə bilər. Susmaya görə bu icazə istifadəçi tərəfindən verilməlidir. İcazə istifadəçi tərəfindən istənilən vaxt ləğv edilə bilər. İstifadəçi aşağıda qeyd olunan icazəni verərsə, müvafiq məlumat MİBS tərəfindən işlənə bilər:

  • Hal hazırda olduğunuz yer (“Precise location”).
  1. Linklər

MİBS-in veb saytında digər veb-səhifə və mənbələrə aparan linklərə rast gələ bilərsiniz. Nəzərinizə çatdırmaq istəyirik ki, biz həmin saytların məxfiliyinə görə məsuliyyət daşımırıq və digər səhifələri baş çəkərkən, məxfilik siyasətləri ilə tanış olmağınızı sizə məsləhət görürük. Bu qaydalar yalnız bizim saytda toplanılan məlumatlara şamil olunur.

  1. Məxfilik və fərdi məlumatlar

Sizə aid fərdi məlumatlar veb saytdan istifadə zamanı xidməti təqdim edən quruma ötürülür. MİBS-in veb saytından istifadə edərək barənizdə məlumatların toplanması və işlənməsinə razılıq bildirmiş hesab edilirsiniz. Veb saytın xidmətlərindən istifadə çərçivəsində vətəndaşlar tərəfindən təqdim edilmiş şəxsi məlumatlar və əlaqə vasitələri (ünvan, telefon, e-mail ünvanı və s.) üçüncü tərəfə ötürülmür.