İndiki vaxtda yalnız tənbəllər "İT sahəsinin necə cəlb
edici olması və hər kəsin onların maaş səviyyəsinə həsəd aparması"
haqqında məqalələri oxumayıb. Üstəgəl bu sahədə çalışsanız siz dünyanın istənilən
yerindən işləyə bilərsiniz! Bu barədə düşünmək belə vaxt itkisidir? Artıq sənində
İT sahəsinə daxil olma vaxtındır deyə düşünə bilərsən! Bəlkə hər şey o qədər də
asan deyil? Sizərə İt sahəsinə keçid etmədən öndə düşünməyi və doğru seçim etməyi
tövsiyyə edirik.
İT sahəsində özünüzə uyğun bir peşə seçin
İT vahid ixtisas deyil bu bir ixtisas sahəsidir. Bə yaxşı “İT
sahəsində hansıpeşəsi mənim üçün uyğundur?”. Bu sahədə kifayət qədər geniş peşə
seçimi olduğu üçün düzgün peşə seçmək vacibdir. Ancaq burada bir çətinlik
yaranır. Əvvəllər bu sahə ilə heç bir əlaqəsi olmayan insan seçim barədə necə qərar
verə bilər?
1 gününüzü ayırıb internetdə açıq mənbələrdə olan İT sahəsi
üzrə bilik yoxlama testlərindən keçin. Hər testə siz 15-20 dəqiqə sərf edib 16
suala cavab verdikdən sonra hara getməli olduğunuzu anlaya biləcəksiniz. Məqsəd
artıq aydın olduqda, yol Sizin üçün daha aydın olacaq, siz bundan sonra uyğun kurs
seçərək dərslərinizə başlaya bilərsiniz.
Qeyd etmək lazımdır ki, tənbəlliyə yer yoxdur, yalnız məqsədyönlü
olanlar uğur qazanır. Çalışqanlıq, gündəlik öyrənmə və koda səmimi sevgi uğurun
qarantıdır. Zirvəyə qalxmağın başqa yolu yoxdur. Bu sahədə heç bir tanışlıq və
ya rüşvət kömək etməyəcək.
Niyə İT sahəsində iş tapmalısınız?
Məqsəd artıq aydın olduqda və siz İT sahəsində dəqiq nəyə
ehtiyacınız olduğuna qərar vermisinizsə, o zaman ilk növbədə təhsilinizə
başlaya bilərsiniz. Qeyd etdiyimiz kimi bu sahədə tənbəlliyə yer yoxdur, yalnız
məqsədyönlü uğur qazana bilər. Yaş və cins önəmli deyil, yalnız işçinin şirkətə
fayda verə biləcəyi nəzərə alınır. İT işçilərinin orta yaşı 28-dir və proqram tərtibatçıların
əksəriyyəti 22-32 yaş arasındadır.
Statistikaya görə,
qadınların 25%-i İT sahəsində çalışır və bu faiz hər il artır. Qadınlar əsasən
HR, Marketinq, Biznes Analitiki vəzifələrini tutur, lakin onlar da inkişafa
gedirlər. Ona görə də hər gün oxumaq və
biliklərinizi dərinləşdirmək vacibdir. İndi internet dövrüdür və oxumağı təxirə
salmaq, mühazirə və ya başqa bir əlverişli anı gözləmək lazım deyil. Əlverişli
yerdə, münasib vaxtda internetdə açıq mənbələrdə olan onlayn təhsil və test
portallarından istefadə edərək biliklərinizi yoxlaya və artıra bilərsiniz.
Təbii ki, həyatın hər yeni dönüşündən əvvəl hər şeyi yenidən
düşünmək, bütün riskləri ölçmək və özünüzü təhlükəsizlik yastıqları ilə əhatə
etmək istəyirsiniz. Bir çox hallarda isə artıq alışılmış oaln “konfort məkanı”
bizi tənbəl edir. Buna görə də çoxları sevilməyən bir işi tərk etmək fikrindən
belə uzaqlaşır.