Mikro,
kiçik və orta biznesin (KOB) inkişafı, onun ölkə iqtisadiyyatında və məşğulluqda
rolunun artırılması hər bir ölkədə olduğu kimi, Azərbaycanda iqtisadi siyasətin
əsas komponentlərindən biridir. Ölkəmizdə KOB-ların inkişafına daimi dövlət dəstəyi
2017-ci ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə
yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata
keçirilir.
KOB
Inkişaf Mərkəzləri KOB-lara təlim, məsləhət və şəbəkələşmə sahəsində xidmətlər
göstərirlər. Belə Mərkəzlərdən biri Naxçıvan şəhəri üzrə 2023-cü ilin aprel
ayının 04 - də açılışı olmuşdur. Naxçıvan KOB İnkişaf Mərkəzi Naxçıvan şəhərində
fəaliyyət göstərən KOB-lara və yeni biznesə başlayanlara öz biliklərini inkişaf
etdirmək üçün təlim, məsləhət və şəbəkələşmə xidmətləri təqdim edir və onları əməkdaşlığa
dəvət edir.
Sahibkarlara
göstərilən xidmətlər və Naxçıvan KOBİM üçün sifarişçinin tələbləri əsasında
hazırlanmış koporativ sayt.