İstifadəçi qaydaları

  1. Giriş

“MİB Solution” MMC-nin (bundan sonra MİBS) veb saytı internet istifadəçilərinin müsair texnalogilaraq, rəqəmsallaşma prosesləri barədə məlumatlandırılması və MİBS-in xidmətlərinin təşviqinə xidmət edir. Bu istifadə qaydaları veb saytdan istifadənin şərt və müddəalarını özündə əks etdirir. Bu Qaydaları qəbul etməklə və ya veb saytdan istifadə etməklə siz bu qaydalardan irəli gələn öhdəlikləriniz barədə məlumatlı olduğunuzu qəbul etmiş hesab edilirsiniz.

  1. Saytın istifadəçiləri

Saytın istifadəçiləri rezident və qeyri-rezident fiziki və hüquqi şəxslərdir.

  1. Dəyişikliklər

MİBS bildiriş göndərmədən bu Qaydalara əlavə və dəyişikliklər etmək üçün müstəsna hüququ vardır. Hər hansı bir dəyişiklikdən sonra veb saytdan davamlı istifadəniz bu dəyişikliklərə razılığınız kimi qiymətləndirilir. Yeni qaydalar təsdiq edildiyi andan etibarən bundan əvvəl təsdiq edilmiş qaydalar qüvvədən düşmüş hesab edilir.

  1. Təhlükəsizlik

MİBS fərdi məlumatların qorunması, təsadüfi itkilərin və icazəsiz girişlərin, istifadənin, veb saytda dəyişiklik edilməsinin və ya açıqlamaların olmaması üçün mümkün və lazımi, texniki və təşkilati tədbirlər görür.

  1. Əlavələr

MİBS-nin veb saytında olan bütün məlumatların və dizayn (tərtibat) elementlərinin müəlliflik hüququ qorunur. MİBS-nin veb saytında yerləşdirilmiş məlumatlardan istifadə edildikdə informasiya mənbəyi olaraq MİBS-nin veb saytına istinad edilməsi və saytın ünvanının (www.mibs.az) göstərilməsi vacibdir.