MİBS komandasının Azərbaycan Bələdiyyələrinin
Milli Assosiasiyalarının rəsmi internet resursu olan abma.gov.az
saytının hazırlanmasında göstərdikləri yüksək keyfiyyətli xidmətlərdən çox məmnunuq.
Şirkət dizayn prosesində bizə müasir, sadə və istifadəçi dostu bir interfeys təqdim
etdi ki, bu da saytın istər vizual, istərsə də funksional cəhətdən çox cəlbedici
olmasını təmin edir. Saytın strukturunun intuitiv olması istifadəçilərimizə məlumatlara
asan və tez çatma imkanı yaradır, bu da istifadəçi təcrübəsini nəzərəçarpacaq dərəcədə
yaxşılaşdırır.
Bundan əlavə,
texniki dəstək və servis baxımından da şirkətimizə hər zaman peşəkar yanaşma sərgiləyirlər.
Saytda texniki yeniliklər və müntəzəm olaraq optimallaşdırmalar aparılaraq
performansın hər zaman yüksək səviyyədə qalması təmin edilir. Bu da abma.gov.az
saytının etibarlı və uzunmüddətli fəaliyyətinə müsbət təsir göstərir.
Onların peşəkarlığı sayəsində saytımız həm estetik, həm də texniki baxımdan ən
yüksək tələblərə cavab verir. Təşəkkür edirik!
MİB Solution ilə əməkdaşlıq etməkdən çox məmnunuq. Onlar üçün
hazırladığımız onlayn satış platforması müasir funksionallıq və müştəri
rahatlığı təmin edir. Platforma ilə müəssisənin daxili anbar və mühasibat
sistemlərinin inteqrasiyası sayəsində malların stok və qiymət vəziyyətini
avtomatik izləmək mümkün olur. Müştərilər, cihazları marka və model üzrə
axtarmaq, çeşidləmək kimi rahat imkanlardan faydalanır. Digital Home-un satış
strategiyasını rəqəmsal sahədə inkişaf etdirməkdə və müştərilərə daha keyfiyyətli
alış-veriş təcrübəsi təqdim etməkdə böyük bir addım atdıq.
Əlbəttə ki, ölkəmizdə Ombusdman institutu fəaliyyətə başladıqdan sonra onun əlçatanlığının təmin edilməsi, fəaliyyətinin işıqlandırılması məqsədilə veb sayt hazırlanmışdı. Ancaq zaman keçdikdə müasir tələblərə uyğun qurulmuş daha operativ və SEO uyğunluğuna malik daha funkisional bir sayta ehtiyac yaranmışdı. Bir müddət araşdırma apardıqdan və bir çox şirkətlər ilə görüşdükdən sonra seçim MİB Solution üzərində qaldı. Layihə icra planına uyğun olaraq yerinə yetirildə və təhvil verildi. Gələcək fəaliyyətində MİBS-ə uğurlar arzu edirik.
MİB Solution ilə ilk tanışlığımız beynəlaxalq layihənin icrası zamanı
baş tutmuşdur. KOBİM.AZ saytı artıq mövcud idi, lakin beynəlxalq layihə çərçivəsində
saytın yenilənməsi və E-tədris platformasının saytda yerləşdirilməsi nəzərədə
tutulmuşdu. Yenilənmə layihə təşkilatçısı tərəfindən MİBS-ə etibar edilmişdi.
Öz işlərinin öhdəsindən tam keyfiyyətlə gəldilər. Bundan sonra KOB inkişaf mərkəzləri
üçün elektron sənəd dövriyyəsi sisteminin hazırlanmasında da MİBS-ə etibar
etdik və bir dəfədə əmin olduq ki, doğru seçim etmişik. MİBS komandasına fəaliyyətlərində
uğurlar arzu edirik!
"MİBS" barədə məlumatı rəqabətliyi ölcmək üçün bazar araşdırması edərkən şirkətlər üçün hazırladıqları məhsullar vasitəsi ilə aldıq. Belə deyək, öz işləri ilə önə çıxdılar. O vaxt bizim artıq saytımız var idi, lakin ürəyimizcə deyildi. "MİBS" əməkdaşları ilə danışdıq çox tez işə başladılar saytda dəyişiklik etməyi təklif etdilər. Bir müddət sonra saytın rahatlığı və məlumatlılığı haqqında artıq müştərilərimizdən də geri dönüş almağa başladıq. Saytın qurulacağı platforma və digər bu kimi məlumatları təqdim etdilər bizdə şirkətimizin maraqları və imkanları daxilində seçim etdik. İşimizdə tapşırıqları keyfiyyətlə yerinə yetirmək və qarşılıqlı əlaqənin sadəliyi bizim üçün vacibdir - "MİBS" bütün tələblərimizə cavab verir. Əməkdaşları həmişə dərhal kömək göstərirlər, düznü desək saytın rahat idarə etmə paneli onları elə də çox narahat etməyimizə imkan vermir. Uğurlar arzu edirik.
Əsas fədəf kütləmiz gənclər və tələbələrdir. Xidmət nöqtəmiz isə yeni fəaliyyətə başladığından şəhərin mərkəzində yerləşməsinə baxmayaraq gənclər tərəfindən bir o qədərdə tanınmırdı. Bunun üçün SMM bizim əsas tanınma kanalımız idi. Bu istiqamətdə bir xeyli araşdırma etdikdən sonra MİBS-lə tanış olduq. Görüşdük SMM planları müzakirə edib işə başladılar. Çox kreativ və operativ komandadır. Əməkdaşlığımız isə məmnuniyyət olduğundan davam etməkdədir.
MİB Solution ilə Naxçıvan KOBİM
layihəsinin icrası zamanı tanış olduq. Layihə dövlət qurumu ilə birgə icra
edildiyindən "Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti" tərəfindən rəy verilməli idi. Sağolsunlar komanda olaraq layihəyənin hazırlanmasında müvafiq qurumdan müsbət rəy əldə edilib istifadəyə verilməsinədək bizimlə birgə çalışdılar.
Şirkətimiz 2021-ci ildə fəaliyyətə başladı və məqsədimiz ilkin növbədə Türkiyədə fəaliyyət göstərən onlayn marketlər və satış platformalarında vətəndaşlarımızın aldıqları malları keyfiyyətli formada Bakıya çatdırmaq idi. Bunun üçün tanıtın məqsədli olması ilə yanaşı tələb olunan funksionallıqlara malik sayt cə CMS sistem lazım idi. MİB Solutionla tanış oldu layihə icra edildi, texniki servis və operativlik tam qaydasında yerinə yetirildi.
SR Construction uzun illərdir uğurla fəaliyyət göstərən
tikinti şirkətidir. Kompaniyanın əsas məqsədi geniş, işıqlı, müasir və təhlükəsiz
yaşayış binaları inşa etməkdir. Şirkətin tərkibinə Teras Park, Ahmadli Park,
Oscar, Central Towers, kimi premium yaşayış kompleksləri və Beton zavodu
daxildir. Bu səbəbdə tələblərimiz bəlkədə çox ola bilərdi ancaq büdcəmiz öncədən müəyyən edilmişdi. Bu göstəricilər üzərindən araşdırma edib MİB Solutionu seçdik nəticə bizi tam qane edir əməkdaşlığımız isə davam etməkdədir.
Beynəlxalq şirkətin yerli nümayəndəliyi olaraq yükdaşıma və karqo xidmətləri üçün sayt və sistemin hazırlanması üçün bazar araşdırması etdik. Bazarda bir çox tərtibatçılar vardı ancaq bizim üçün əsas məsələ icraçının dayanıqlı və rəsmi çalışan bir şirkət olması idi. MİBS komandası ilə layihəni sıfırdan təhvil təslim aktına qədər icra edilməsinə nail olduq.