Təsdiqlənməmiş
bir keçid açmaqla və ya şəxsi məlumatlarımızı yeni saytda daxil etməklə, məlumatlarınızın
cinayətkarların əlinə keçmək riski olacaq.Artıq yüzlərlə saxtakarlıq sxemi icad
edilib və onlarla zərərli proqram təminatı hazırlanıb. Bütün haker hiylələrini
izləmək mümkün deyil, lakin özünüzü təhlükələrdən qorumaq əlbəttə mümkündür.
Əlbəttə hər bir
şəxs öz təhlükəsizliyi üçün daha uyğun bildiyi şifrələrdən istifadə edir. Ancaq
əksər hallarda bütün hesablarda fərqli parollar təyin edin. Ağıla gəlməsi çətin
olan hərf və rəqəmlərin mürəkkəb birləşmələrini seçmək daha yaxşıdır. Eyni şey
təhlükəsizlik suallarına da aiddir, cavabın gözlənilməz olduğundan əmin olun. Son
zamanlara sosial şəbəkələrdə tətbiq edilmiş iki faktorlu autentifikasiyanı da
göz ardı etməyin. Xüsusən də başqasının cihazı vasitəsilə hesablarınıza daxil
olmusunuzsa. Unutmayın ki, siz parolları telefonunuzda saxlaya və ya sosial
mediaya göndərə bilməzsiniz. Şəxsi, iş və əyləncə məqsədli istifadə edə biləcəyiniz
bir neçə e-poçt ünvanına sahib olmağınız tövsiyyə olunandır.
Son dövürlərdə
ölkəmizdə ən çox vüsəd almış bir yoldur. Təəsüf ki, buy olla ən çox şəxsi məlumatlar
əldə edilən ölkələr siyahızında “liderlə” siyahısındayıq. Bundan qaçmaq üçün SMS-lə,
e-poçtlarla və ani mesajlaşma vasitələri ilə təqdim edilən şübhəli keçidləri
açmayın. Yaxın tanışlarınız tərəfindən təqdim edilsə belə keçidləri mütləq gözdən
keçirin. Ola bilərki artıq tanışınızın hesabı ələ keçirilib və göndərilən
keçidlərdən onun belə xəbəri yoxdur. Keçidə daxil oldum ancaq məlumat daxil etmədim
nə risk ola bilər ki? - deyə düşünürsünüz? Yanılırsınız çünki Sizə təqdim edilən
keçidlərin tərkibində təhlükəli kod ola bilər. Xüsusi ilə .exe sonluqlu fayllarla işləyərkən xüsusilə diqqətli olun.
Eyni qaydalar naməlum proqramlara da aiddir, onlar heç bir halda avadanlıqlara quraşdırılmamalıdır.
Veb və ya mobil proqramlar əldə etmək üçün yalnız rəsmi App Store, Google Play
və Windows Marketdən istifadə edin.
Hazırda ölkəmizdə
bir çox ictimai iaşə obyektləri və bu kimi digər xidmət mərkəzlərində təhlükəsizlik
tələbləri tam qorunmamaqla və hətta şifrəsiz Wi-Fi şəbəkələr təklif edilir. Şəxsi
məlumatlarınızı qorumaq üçün şifrə tələb etməyən təsdiqlənməmiş Wi-Fi
bağlantılarına etibar etməyin. Təcavüzkarlar onlardan şəxsi məlumatları
oğurlamaq üçün istifadə edə bilərlər. Sizə aid olan Wi-Fi istifadə edilmədikdə söndürün.
Bu yolla sağlamlığınızla bərabər şəxsi məlumatlarınızı qoruya və elektrik
enerjisinə qənaət edə bilərsiniz. Google Chrome, Firefox və Opera istifadəçiləri
üçün məsləhət: əgər siz tez-tez səyahət edirsinizsə və ictimai yerlərdə
noutbukdan internetə daxil olursunuzsa, İnternetə təhlükəsiz daxil olmaq üçün
xüsusi brauzer uzantısı quraşdırın.
Günümüzdə artıq
bir çox banklar tərəfindən mobil tətbiqlər təklif edilməkdədir. Daha yaxşı olar
ki, bu tətbiqlər üzərindən kommunal və digər ödəmələri həyata keçirəsiniz. Digər
hallarda isə onlayn ödənişlər üçün ayrıca kart almağınız məsləhətdir. Bankınızı
tərəfindən təqdim edilən mobil tətbiqdə bütün əməliyyatlar haqqında bildirişləri
aktiv edin və nəzarətdə saxlayın. Bu yolla siz kartınızın oğurlandığını və ya
icazəsin vəsait çəkliməsin tez bir zamanda bilə və onu bloklaya bilərsiniz.
Sosial şəbəkələrdə heç nə almamağa çalışın, xüsusən də əvvəlcədən ödəmə ilə.
Mağazanın tarixini onlayn öyrənin, əlaqələri yoxlayın, ora gəlib şəxsən görüşə
biləcəyinizi öyrənin. Alınma qaydalarına görə, satıcının saytında ödənişi kimin
qəbul etdiyi barədə məlumat olmalıdır. Satıcı barədə rəyləri oxuyarkən onların
fərqli olduğuna diqqət yetirin.
Məxfi məlumatları
(bank kartının nömrəsi, PİN kodu, pasport məlumatları) messencerlər vasitəsilə
göndərməyin. Skan edilmiş sənədləri olan məktubları göndərdikdən və ya aldıqdan
dərhal sonra silmək daha yaxşıdır, onları e-poçtda saxlamağa ehtiyac yoxdur. Hər
hərəkətinizi sosial mediada paylaşmayın. Paylaşımlarınız Sizin marşrut xəttinizi
təyin etməkdə köməkçi ola bilər və bədniyyətili şəxslər daha sonra bundan
istifadə edə bilər.