Layihənin detalları

Layihə haqqında
Layihənin adı: Naxçıvan KOBIM
Keçid linki: https://nakhcivan.kobim.az/
Göstərilən xidmətlər: Proqramlaşdırma Web sayt tərtibatı Admin panel qurulması
Alətlər: PHP - Laravel - Photoshop

Layihənin təsviri

Mikro, kiçik və orta biznesin (KOB) inkişafı, onun ölkə iqtisadiyyatında və məşğulluqda rolunun artırılması hər bir ölkədə olduğu kimi, Azərbaycanda iqtisadi siyasətin əsas komponentlərindən biridir. Ölkəmizdə KOB-ların inkişafına daimi dövlət dəstəyi 2017-ci ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata keçirilir.

KOB Inkişaf Mərkəzləri KOB-lara təlim, məsləhət və şəbəkələşmə sahəsində xidmətlər göstərirlər. Belə Mərkəzlərdən biri Naxçıvan şəhəri üzrə 2023-cü ilin aprel ayının 04 - də açılışı olmuşdur. Naxçıvan KOB İnkişaf Mərkəzi Naxçıvan şəhərində fəaliyyət göstərən KOB-lara və yeni biznesə başlayanlara öz biliklərini inkişaf etdirmək üçün təlim, məsləhət və şəbəkələşmə xidmətləri təqdim edir və onları əməkdaşlığa dəvət edir.

Sahibkarlara göstərilən xidmətlər və Naxçıvan KOBİM üçün sifarişçinin tələbləri əsasında hazırlanmış koporativ sayt.