Layihənin detalları

Layihə haqqında
Layihənin adı: KOB İnvestisiya portalı
Keçid linki: https://invest.smb.gov.az
Göstərilən xidmətlər: Proqramlaşdırma Web sayt tərtibatı UI / UX Dizayn Admin panel qurulması
Alətlər: web dizayn web proqramlaşdırma

Layihənin təsviri

İnvestisiya platforması nədir?

"KOB İnvest" portalı Avropa İttifaqının Avropa Qonşuluq Alətinin 2016-cı il üzrə Azərbaycan üçün Fəaliyyət Proqramı çərçivəsində İqtisadiyyat Nazirliyinin benefisiarı olduğu “Kənd yerlərində biznes informasiya  isteminin inkişafına dəstək” texniki yardım layihəsinin icrası ilə əlaqədar olaraq yaradılmışdır.

 

Portalın məqsədi: Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ölkədə mövcud olan və yeni başlayan sahibkarlıq subyektlərinin əlaqələndirilməsi, hüquqi təşkilati formasından asılı olamayaraq sahibkarlar tərəfindən hazırlanan investisiya layihələri, aktivlər, təbii resurslar habelə investisiya imkanları haqqında məlumatların xarici həmçinin yerli investorlara təqdim edilməsi və bu layihələrin maliyyələşməsi üçün əlverişli platformanın yaradılmasıdır. KOBİA tərəfindən idarə edilən Portalının məqsədi ölkənin investisiya cəlbediciliyini yüksəltmək və iqtisadiyyatının inkişafı üçün alternativ maliyyələşmə mənbələrindən istifadə imkanlarını artırmaqdır.


Portal investor axtarışı, biznes satışı, françayzinq və investisiya təkliflərinin həyata keçirilməsi imkanları yaratmaqdadır. Portalda İstifadəçi və admin kabineti mövcuddur. İstifadəçi kabineti öz özlüyündə 2 hissəyə bölünür, (investor və investisiya axtaran) admin isə sayta yerləşdirilmiş elanları təsdiqləmək, imtina etmək və ya düzəliş üçün geri qaytarmaq funksiyalarına malikdir.