Blog

Back-End Proqramlaşdırma təlimi

PHP proqramlaşdırma dili ölkəmizdə çox populyardır, veb layihələrin 90%-dən çox hissəsi məhz PHP üzərində hazırlanıb. Hal-hazırda da yeni layihələrin hazırlanmasında bu dil və onun Laravel freymvorku istifadə edilir.

"MİB Solutions" MMC olaraq təcrübəli PHP proqramçılarımız və təlim sahəsində tərəfdaşımız olan "Bakı Universat Tədris Mərkəzi" MMC ilə ölkəmizdə və qonşu ölkələrdə tələbat çox yüksək olan proqramlaşdırma dili üzrə təlimə start verdik. Təlimə qoşularaq Siz də dəyərli və yüksək qazanclı peşəyə sahib ola bilərsiniz. 6 ay davam edən PHP Laravel Back-End proqramlaşdırma kursumuza yazılın və bu yolda ilk addımlarınızı atmaq imkanı təqdim edirik! Qeyd edək ki, dərslərimiz həm canlı, həm də online şəkildə keçirilir.

Kursda nələri öyrənəcəksiniz?

• PHP proqramlaşdırma dilinin əsaslarını öyrənəcəksiniz: sintaksis, data tipləri, funksiyalar və s.;
• Veb serverin və lazımi proqram təminatının quraşdırılması, sazlanmasını öyrənəcəksiniz;
• OOP anlayışı və prinsipləri: klaslar, atributlar və metodlarlar;
• Fayl sistemi ilə çalşmağı öyrənəcəksiniz. XML və JSON formatları ilə tanış olacaqsınız;
• Kodun daxilində olan səhvləri tapmağı, debug etməyi öyrənəcəksiniz;
• Database-lər ilə çalışmağı öyrənəcəksiniz: SQL / MySQL. SQL dilində sorğular yaratmaq, MySQL bazasına məlumatları əlavə etmək, silmək və dəyişmək kimi əməliyyatları icra etməyi öyrənəcəksiniz;
• PHP dilinin ən populyar freymvorku olan Laravel ilə çalışmağı öyrənəcəksiniz:
+ Laravelin quraşdırılması;
+ Routlar və Kontrollerlər;
+ Laravel ilə yazılan proqram təminatının arxitekturası;
+ Konsol ilə çalışmağı öyrənəcəksiniz;
+ Database-lər ilə çalışmağı öyrənəcəksiniz;
+ MVC arxitekturası, ORM anlayışı, prinsipləri və komponentlərin yaradılması;
+ Validasiya, Sessiyalar, Autentifikasiya və s.;
• Git sistemi və GitHub platforması ilə fərdi və komanda şəklində çalışmağı öyrənəcəksiniz;

Təlim sonunda imtahan və sertifikat veriləcəkdir. Seçilmiş tələbələr tərəfdaş şirkət daxilində təcrübədən keçəcikdir.

Qruplar təşkil olunduqdan sonra təlimlər başlayacaq. Hal hazırda plan yanvar ayının ilk həftəsi başlanacaqdır.

Kursun faydalarıKursun faydaları

PHP laravel proqramlaşdırma dilindən istifadə edərək fundamental və orta səviyyəli proqramlar hazırlamaq imkanınız olacaq.

SertifikatSertifikat

Kursu bitirdikdən sonra təşkilatçı və tərəfdaş müəssisələr tərəfindən təsdiq edilmiş sertifikat əldə edəcəksiniz.

KaryeraKaryera

Siz təcrübəçi, kiçik PHP tərtibatçısı (developer) vəzifələrində və ya frilanser kimi işləyə bilərsiniz.

Təcrübə proqramıTəcrübə proqramı

Təlimin təşkilində şirkətimizdə təşkil edilən təcrübə imkanından faydalanmaq.

PHP Laravel Back-End proqramlaşdırma kursuna dair suallaranızı "Bakı Universat Tədris Mərkəzi" MMC-yə ünvanlaya bilərsiniz yaza bilərsiz.

Əlaqə üçün: +994 55 424 09 10

Kimlər bizimlə çalışır?

Müştərilərimiz